Qazaxıstanda AICT-2014 - İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə VIII Beynəlxalq konfrans keçiriləcək 25.09.2014    09:44

Cari il oktyabrın 15-dən 17-dək Astanada (Qazaxıstan) informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə VIII Beynəlxalq konfrans - AICT-2014 (Application of Information and Communication Technologies) keçiriləcək.

Tədbirə İKT-nin elm və təhsil, idarəetmə, təhlükəsizlik, səhiyyə və s. sahələrdə tətbiqinə dair tədqiqatlar aparan alim və mütəxəssislər dəvətlidir.

AICT-2014 adıçəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini böyük auditoriyaya təqdim etmək, mühüm məsələlərin optimal həllərini tapmaq imkanı verən akademik konfranslardan biridir.

aict.info saytının məlumatına görə, L.Qumilyov adına Avrasiya Milli Universiteti, Nazarbayev Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti, İnformasiya Təhlükəsizliyi və Kriptologiya İnstitutunun birgə təşkilatçılığı, ABŞ-ın IEEE - Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun texniki dəstəyi ilə keçiriləcək tədbirdə əsas diqqət informasiya təhlükəsizliyi məsələlərinə veriləcək.

Bakı, Daşkənd və Tbilisidə keçirilən əvvəlki konfransların uğurlarına əsaslanaraq, bu il də informasiya-kommunikasiya texnologiyaları sahəsində müxtəlif ölkələrin alimləri, müəllim və tələbə heyəti, tədqiqatçılar, mütəxəssislər arasında yeniliklərin təqdimatı, tədqiqatlar, sınaq və təcrübələrin müzakirəsinin təmin edilməsi üçün AICT-2014 xüsusi platformaya çevriləcək.

Beynəlxalq konfransın tematik mövzularına 80-dək istiqamət daxildir. 

Tədbir “Kibertəhlükəsizlik problemləri”, “İKT-nin tətbiqində ən son tendensiyalar, nailiyyətlər”, “Böyük verilənlərin idarəsi və tətbiqi”, “Verilənlərin emalı və verilənlər mühəndisliyi”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət xidmətlərində İKT”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” bölmələri üzrə aparılacaq. 

AICT-2014 çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Bunların sırasında “9-cu Beynəlxalq İnformasiya Təhlükəsizliyi Tədqiqat Konsorsium (IISRC)”konfransı, İnformasiya cəmiyyəti üzrə II elmi-praktik konfransı qeyd etmək olar. 
Qeyd edək ki, AICT-2013 konfransı ötən il oktyabrın 23-dən 25-dək Bakıda keçirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti