AR Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Sumqayıt şəhərində “Veb layihələr sərgisi” layihəsinin icrasına başlanılıb.
Layihəni həyata keçirməkdə məqsəd gənclərin innovativ ideyalarına dəstək olmaq, gənc İKT mütəxəssislərinin üzə çıxarılmasına, özlərini cəmiyyətə təqdim etməsinə nail olmaqdır. Eyni zamanda, gənclərin İKT sektoruna maraq göstərməsi və gənc İKT mütəxəssislərini stimullaşdırmağa çalışmaqdır.
Layihə çərçivəsində, həmçinin İKT layihələrinin təqdimat-sərgisi təşkil olunacaq. Ekspertlərin, gənc mütəxəssislərin iştirak edəcəyi sərgidə layihələrlə bağlı geniş fikir mübadiləsi aparılacaq.