“İnformasiya texnologiyalarının inkişaf perspektivləri” XX Beynəlxalq elmi-praktiki konfransı keçiriləcək 12.08.2014    11:00

Avqustun 26-da Rusiyanın Novosibirsk şəhərində "İnformasiya texnologiyalarının inkişaf perspektivləri" XX Beynəlxalq elmi-praktiki konfransı keçiriləcək. 

Müasir dövrdə bütün elmi istiqamətlər sürətlə inkişaf edir. Aparılan elmi-tədqiqat işlərinin nəticələrinin nəşri alimlər üçün olduqca mühüm və  məsuliyyətli mərhələdir. Bu zaman elmi cəmiyyətin diqqətini özünə cəlb edən bir çox innovativ ideyalar və nəzəriyyələr meydana çıxır. Digər tərəfdən,  nəşr olunmuş məqalələrin sayı dissertasiya işinin müdafiəsi zamanı əsas şərtdir.  

Rusiyanın Elmi Əməkdaşlığın İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirləcək konfrans da bu istiqamətdə müxtəlif məsələlərin müzakirəsinə yönəlib. Tədbirdə dünya ölkələrindən alimlər, doktorantlar,  tələbələr və digər könüllü şəxslərin iştirakı gözlənilir.

Konfransda, əsasən, "Sistemli analiz, informasiyanın emalı və idarəolunması", "İqtisadiyyatda və siyasətdə informasiya texnologiyaları",  "Sosial və iqtisadi sistemlərdə idarəetmə" kimi mövzular ətrafında məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

Tədbirlə bağlı daha ətraflı məlumatı konferencii.ru saytından əldə etmək olar.

 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti