Almaniyada Nanofair 2014 – X Beynəlxalq nanotexnologiyalar üzrə simpozium keçiriləcək 30.06.2014    12:00

1-3 iyul 2014-cü il tarixlərdə Drezden şəhərində (Almaniya) Nanofair 2014 – X Beynəlxalq nanotexnologiyalar üzrə simpozium keçiriləcək. 2002-ci ildən keçirilən tədbir sahibkarlara müasir bazarda tələbatın olduğu nanotexnoloji həllərə qoyulan investisiyanın gələcəkdə gətirə biləcəyi gəlirlə bağlı suallara cavab tapmaqda kömək edir. 

“Sənaye üçün yeni ideyalar” mövzusunda simpozium Maritim Hotel & Int. Beynəlxalq konqres-mərkəzində keçiriləcək. 

Nanofair 2014 tədqiqatçı, alim və mühəndislər, elmi-tədqiqat laboratoriyaları və elmi dairələr arasında ideya və informasiya mübadiləsi, aparılan tədqiqatların təqdimatı baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbirdə nanotexnologiyalardan istifadə etməklə yeni məhsulların uğurlu tətbiqinə dair nümunələr nəzərdən keçiriləcək. 

EXPOCLUB beynəlxalq sərgi portalının məlumatına görə, Nanofair 2014 funksional nanokompozitlər, nanostrukturlaşdırılmış səthlər, energetika üçün nanomateriallar, nanoelektronika və fotonika, nanomaterialların emalı aspektləri, nanoanalitik metodlar, karbon nanodəstəkləri və qrafen kimi mövzuları əhatə edəcək. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti