17-20 iyun tarixlərdə Sinqapurda CommunicAsia 2014 – İKT üzrə 25-ci beynəlxalq sərgi və konfrans keçiriləcək. Sərginin təşkilatçısı Singapore Exhibition Services Pte Ltd şirkətidir. “CommunicAsia” Asiya-Sakit okean regionunda telekommunikasiyalar üzrə mühüm tədbirlərdən biridir.
Hər il tədbirdə dünyanın iri İT-korporasiyalarının nümayəndələri toplaşır. Eyni vaxtda keçiriləcək EnterpriseIT 2014 sərgisi də yeni İT-xidmətləri və həllərinin axtarışı baxımından mühüm tədbirlərdəndir.
“CommunicAsia 2014” çərçivəsində həmçinin beynəlxalq peyk rabitəsi və xidmətləri üzrə şirkətlərin nümayəndələrinin toplandığı SatComm2014 sərgisi də keçiriləcək.