AzScienceNet-in korporativ e-poçt xidməti istifadəçilərinin nəzərinə! 13.10.2020    16:04

Bu günlərdə elektron poçt xidmətinin istifadəçilərinə qarşı kütləvi “fişinq” hücumlarının həyata keçirilməsi qeydə alınıb. “Fişinq” hücumlarının məqsədi həm dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq, həm də istifadəçilərin cihazlarını zərərverici ilə yoluxduraraq bədniyyətli məqsədlər üçün istifadə etməkdir.

Bu məsələ ilə bağlı AzScienceNet şəbəkəsinin administrasiyası müraciət yayıb. Qeyd olunub ki, elektron poçt vasitəsilə göndərilən faylların içərisində zərərverici proqramlar yerləşdirilir, beləliklə, linkə daxil olub məlumatları yükləyən istifadəçinin cihazına zərər dəyir. Həmçinin müxtəlif sosial şəbəkələrdə saxta hesablardan istifadəçilərə məktub yazaraq, Azərbaycandakı mövcud vəziyyətlə bağlı məlumat toplamağa çalışılır.

Bu səbəbdən AzScienceNet şəbəkəsinin mütəxəssisləri e-poçt xidmətinin istifadəçilərinə xüsusilə diqqətli olmağı, tanımadıqları şəxslər tərəfindən göndərilən heç bir linkə daxil davranmağı və ya fayl yükləməməyi tövsiyə edir.

Hər hansı informasiya təhlükəsizliyi hadisəsi ilə üzləşdiyinizdə və bununla bağlı dəstəyə ehtiyacınız olduqda 012-510-29-35 telefon nömrəsi və ya admin@science.az poçt ünvanı vasitəsilə AzScienceCERT Xidmətinə müraciət etməniz, eləcə də baş verən informasiya təhlükəsizliyi hadisəsi ilə bağlı məlumatları saxlayaraq AzScienceCERT Xidmətinə göndərməyiniz xahiş olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

QARABAĞ AZƏRBAYCANDIR!
QƏLƏBƏ BİZİMLƏDİR!
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti