2020/2021-ci tədris ilində AMEA-nın magistraturasına qəbul olan bakalavrların nəzərinə! 06.07.2020    05:00

COVID-19 pandemiyası ilə əlaqədar olaraq 2020/2021-ci tədris ili üzrə magistraturaya sənədlərin qəbulu onlayn qaydada həyata keçiriləcək. 

Magistraturaya qəbul olan bakalavrlar qeydiyyat üçün aşağıda göstərilən sənədləri skan edilmiş formada iyul ayının 6-dan 15-dək (qəbul-2020/2021 başlığı ilə) amea.magistratura@gmail.com ünvanına göndərməlidirlər.

Sənədlərin siyahısı:

- Elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı;

- Telefon nömrəsi (özünün və valideynlərindən birinin);

- Şəxsiyyət vəsiqəsi;

- Bakalavr təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış;

- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;

- 3x4 ölçüdə rəngli fotoşəkil;

- Tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı, əlyazma şəklində olmalıdır. Özü barədə ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu şəhər, hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərməli, tarix və imza qoymalıdır).

Bakalavrlarla telefon əlaqəsi qurulduqdan sonra onlar qeydiyyata alınacaq. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək.

science.gov.az

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti