Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir 29.04.2014    12:00

AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edib. 

- loqo dizaynı özündə nazirliyin fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir. 
- orijinal, rəngli və konseptual görünüşlü olmalıdır. 
- müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir. 

Qalib gəlmiş loqo istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir. 

Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır: 

- loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə) 
- loqotipin vektor versiyası (*eps, *ai, *cdr (12-ci versiya)) 

Təklif olunacaq eskiz və layihələr aprelin 25-dən rabitadunyasi@mincom.gov.az e-mail ünvanına və ya Zərifə Əliyeva 33, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətinə göndərilməlidir. 

Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Faylın ölçüsü 5 MB-dan artıq olmamalıdır. Layihəni təqdim edən şəxs adını, soyadını, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir. 

Təkliflərin göndərilməsi üçün son müddət mayın 15-dir.

Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər. 

Təqdim olunan təkliflərə komissiya tərəfindən 20 may 2014-cü il tarixinə qədər baxılaraq müsabiqənin qalibi elan olunacaqdır. 

Müsabiqənin qalibinə 3 000 (üç min) manat məbləğində mükafat təqdim ediləcək. 

Məlumat üçün əlaqə telefonu: (012) 598-47-66 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti