“Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası” keçiriləcək 11.04.2014    10:00

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası” keçiriləcək. 

17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunan olimpiada bu il sayca 9-cudur. Cari ildə olimpiadanın ilk mərhələsinin aprelin 13-də Qafqaz Universitetində, final mərhələsinin isə aprelin 26-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi planlaşdırılır. 

Qeyd edək ki, qeydiyyatdan keçmək üçün müraciət edən komandaların sayı 74, qeydiyyatdan keçən komandaların sayı isə 49-dur. Komandalara “MSU Programmers”, “NoObs”, “BANM2”, “BIG team”, “Tarkus”, “AzTU_1”, “BSU CyberPower”, “AzTU_2”, “AzTU_3”, “BANM1”, “AzTU_4”, “BANM3”, “Excalibur”, “ARK Programmers”, “BSU-NET”, “Qafqaz Programmers”, “Sign-p”, “Cinar”, “Sirius 1”, “Sirius 2”, “Sirius 3”, “Sirius 4”, “Sirius 5”, “Nizami”, “MARS”, “Xemse”, “Kəpəz”, “Spirit”, “Qafqaz Şahinləri”, “BANM4”, “Sirius 7”, “Matrix”, “Qafqaz U 3”, “Qafqaz U 4”, “Qafqaz U 6”, “CyberFoxes”, “Qafqaz U 5”, “NDU”, “Qafqaz U 7”, “Məhsəti”, Qafqaz U 8”, “Qafqaz U 9”, “BANM6”, “BANM5”, “Sirius 6”, “Qafqaz U 10”, “Sirius 8”, “MG”, “Sirius 10” və s. daxildir. Komandalar Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və digər ali təhsil müəssisələrini təmsil edirlər.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti