“CI Convergence India 2020” – 28-ci beynəlxalq informasiya texnologiyaları konfransı keçiriləcək 09.12.2019    14:17

19-21 fevral 2020-ci il tarixlərində Hindistanda 28-ci beynəlxalq informasiya texnologiyaları konfransı və sərgisi keçiriləcək.

3 gün davam edəcək beynəlxalq tədbir çərçivəsində baş tutacaq konfransda “Əşyalar internetinin “ağıllı” şəhərə tətbiqi”, “Yeni texnologiyalar halqası və yüksələn rəqabət”, “Kiber qanunlar və bərabərlik”, “Milli dövlət kibercasusluğu” və s. mövzulara həsr olunan çoxsaylı məruzələr dinləniləcək.

“CI Convergence India 2020” beynəlxalq sərgisində informasiya texnologiyaları və təhlükəsizlik, rəqəmsal media, “ağıllı” evlər üçün rəqəmsal həllər, eləcə də mobil rabitə sahəsində əldə olunan ən son yeniliklər nümayiş olunacaq.

Beynəlxalq tədbirin proqramına uyğun olaraq, fevralın 19-da 5G texnologiyası liderlərinin sammiti olacaq. Burada 5G liderlərinin “5G inqilabı Əşyalar İnternetinin gələcək yeniliklərinə necə təkan verəcək?”, “5G texnologiyası sənaye və iqtisadi yüksəlişə necə təsir edir?”, “mobil operatorlar öz şəbəkələrində süni intellekti necə sınaqdan keçirməli və tətbiq etməlidirlər?” və s. mövzularına həsr olunan çoxtərəfli müzakirələri keçiriləcək.

Qeyd edək ki, cari ilin yanvar ayında keçirilən “CI Convergence India 2019” beynəlxalq sərgisində dünyanın 30-dan çox ölkəsindən təmsilçilər iştirak edirdilər. Bu tədbir çərçivəsində keçirilən beynəlxalq konfrans və 6 seminarda 182 nəfər məruzəçinin çıxışı dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti