“RİNTİ-2019” – “İnformasiyalaşdırmanın və elmi-texniki informasiyanın dövlət sisteminin inkişafı” XVIII beynəlxalq konfransı keçiriləcək 15.11.2019    17:33

21 noyabr 2019-cu ildə Belarusiyanın paytaxtı Minsk şəhərində Belarusiya Milli Elmlər Akademiyasının İnformatika Problemləri İnstitutu, Mərkəzi Elmi Kitabxanası və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə “İnformasiyalaşdırmanın və elmi-texniki informasiyanın dövlət sisteminin inkişafı” (RINTI-2019)  XVIII Beynəlxalq konfransı keçiriləcək.

“RINTI-2019”da  rəqəmsal çevrilmənin elmi, metodiki, informasiya, texnoloji və hüquqi təminatı, elmi və texniki məlumatların avtomatlaşdırılmış sistemləri, innovativ fəaliyyətin informasiya təminatı, kitabxana və informasiya sistemləri texnologiyaları, iqtisadiyyatın və cəmiyyətin rəqəmsallaşmasının sosial aspektləri, informasiyalaşdırmada psixoloji aspektlər kimi mövzularda məruzələr dinləniləcək.

Konfransda AMEA İnformasiya Texnologiyaları İnstitutunu şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, baş mütəxəssis Əfruz Qurbanova, böyük elmi işçi Könül Daşdəmirova və elmi işçi Səadət Abdullayeva təmsil edəcəklər.

Konfransda onların “Milli terminoloji məlumat mühitində qərar dəstəyi sistemi”“İnternet sosiologiyasının mövcud vəziyyəti və problemləri”, “Veb saytların qiymətləndirilməsi” mövzusunda məruzələri  təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti