“Bakutel 2019” - beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi-konfransı keçiriləcək 12.11.2019    14:48

“Yüksək texnologiyalar sahəsində mühüm hadisələrdən olan bu sərgi və konfransın informasiya-kommunikasiya texnologiyaları sektoru nümayəndələrinin ənənəvi görüş məkanına çevrilməsi sevindirici haldır.

Ən son yeniliklərin və texnoloji nailiyyətlərin nümayiş etdirilməsi baxımından geniş imkanlara malik “Bakutel” platformasında informasiya-kommunikasiya sənayesi təmsilçiləri, aparıcı biznes rəhbərləri və mütəxəssislər özlərinin qlobal əhəmiyyətli layihələr, eləcə də, gələcək inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşərək həlledici qərarlar qəbul edirlər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

3-6 dekabr 2019-cu il tarixində Bakı Ekspo Mərkəzində  “Bakutel 2019” - yubiley telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi-konfransı keçiriləcək.

Sərginin fəaliyyət sahələri Big Data və biznes analitikasını, İT xidmətlərini, əşyaların İnterneti və M2M-i, bulud texnologiyalarını, robototexnikanı, telekommunikasiya və peyk rabitə sistemlərini, TV və RKİ vasitələrini, smart cihazlar və aksessuarları, rəqəmsal biznes həllərini, bank texnologiyalarını, biznes proseslərin idarə edilməsini, audio-video sistemlərini və s. əhatə edir.

Bakutel təkcə informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayişi ilə məhdudlaşmır. Sərgi həm də, işgüzar konfransların, perspektivli əməkdaşlıqların, rəqəmli gələcəyin yeni aspektlərinin formalaşması üçün qlobal platforma rolunu oynayır.

Sərginin əsas məqsədi sənaye yenilikləri ilə tanışlıq, bazarın tələbatını öyrənmək və yeni ideyalar əldə etmək, yeni əlaqələr qurmaq, mövcud müştərilər ilə qarşılıqlı münasibətləri möhkəmləndirmək, qısa vaxt ərzində geniş çeşidli məhsullar ilə tanış olmaq, yeni texnologiyalar üzrə təchizatçılar seçmək və onları qiymətləndirmək, iş birliyi qurmaq, texniki biliklər almaq, qiymət ilə keyfiyyət arasında birbaşa asılılığı təyin etmək, əməkdaşlıq və s. ibarətdir.

“Bakutel 2019” beynəlxalq sərgi-konfransı haqqında ətraflı məlumatı buradan əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti