“CII Connect 2019” – beynəlxalq informasiya texnologiyaları sərgi-konfransı keçiriləcək 06.11.2019    12:47

07-08 noyabr tarixlərində Hindistanın Çennai şəhərində “CII Connect 2019” – beynəlxalq informasiya texnologiyaları sərgi-konfransı keçiriləcək.

Bu tədbiri Hindistan Sənaye Konfederasiyası, Tamilnad ştatının rəhbərliyi, Hindistanın Proqram Təminatı Texnologiyaları parkları birgə həyata keçirir.

“CII Connect 2019”-da informasiya texnologiyaları, rəqəmsal infrastruktur, dayanıqlı və iqtisadi inkişaf sahəsində əldə olunan ən son nailiyyətlər nümayiş olunacaq.

Beynəlxalq sərgi-konfrans çərçivəsində İrlandiyanın, İsrailin, Hindistanın, eləcə də Yaponiyanın Xarici Ticarət Təşkilatının (JETRO) həmsədrliyi ilə “Rəqəmsal xidmətlərdən istifadə olunmasının fərdi məlumatların məxfiliyinə təsiri” mövzusunda konfrans, həmçinin “Texnologiya iqtisadiyyatının artan əhəmiyyəti: 5 milyard dollarlıq iqtisadiyyatda texnoloji şirkətlərin gələcəyi” və “Ağıllı sistemlər və gələcəyin iqtisadiyyatını yaradan texnologiyalar” adlı panellər, ustad dərsləri, seminarlar keçiriləcək.  

Xatırladaq ki, bu il 18-ci dəfə keçiriləcək sərgi-konfrans ötən illərdə alimləri, öz sahəsində uğur qazanan startap liderlərini, infrastruktur təminatçılarını, texnoloqları və s. bir araya gətirən intellektual platformaya çevrilib.

Sərgi-konfrans haqqında ətraflı məlumatı buradan əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti