CeBIT-2014 beynəlxalq sərgisi keçiriləcək 21.02.2014    11:00

Sərgidə Azərbaycan milli stend ilə iştirak edəcək

10-14 mart tarixlərdə Almaniyanın Hannover şəhərində CeBIT 2014 – informasiya texnologiyaları, telekommunikasiyalar, İT-həllər və xidmətlər üzrə beynəlxalq sərgi keçiriləcək. Azərbaycan Deutsche Messe Hannover sərgi mərkəzində milli stend ilə iştirak edəcək. 

"ICTnews" xəbər xidmətinin məlumatına görə, Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi geniş nümayəndə heyətinin iştirak edəcəyi sərgidə Azərbaycanın İT şirkətlərinin nailiyyətləri və ölkədə İKT sahəsində həyata keçirilmiş iri layihələr nümayiş etdiriləcək. 

expoclub.ru saytının məlumatına görə, Hannoverdə 1986-cı ildən etibarən keçirilən sərgi bu il səkkiz istiqamət üzrə bölünəcək: müəssisələrin resurslarının planlaşdırılması və verilənlərin analizi, korporativ kontentin idarə edilməsi, veb və mobil həllər, İT xidmətləri, təhlükəsizlik, kommunikasiyalar və şəbəkələr, infrastruktur və verilənlərin emalı mərkəzləri, həmçinin tədqiqatlar və innovasiyalar. 

Sərgi informasiya texnologiyaları və biznes, kommunikasiyalar, telematika və naviqasiya, nəqliyyat və loqistika, ictimai istehlak sektoru, internet və mobil rabitə vasitələri sahəsində yeniliklər və maliyyə, istehlakçılar üçün elektronika, bank işi və maliyyə seksiyaları üzrə keçiriləcək. Sərgidə eyni zamanda, dizayn, xidmət və konsaltinq sahələrində innovasiyalar və yeni təlim texnologiyaları sahəsində mövzular işıqlandırılacaq. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti