“Rəqəmsal Cəmiyyət və E-dövlət” mövzusunda XIII beynəlxalq konfrans keçiriləcək 01.11.2018    14:37

24-28 fevral 2019-cu il tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində “Rəqəmsal Cəmiyyət və E-dövlət” mövzusunda XIII beynəlxalq konfrans (ICDS 2019, The Thirteenth International Conference on Digital Society and eGovernments) keçiriləcək.

Məqalələr 10 noyabr 2018-ci il tarixinədək qəbul edilir.

Tədbirdə İT ilə əlaqəli dövlət/ictimai xidmətlər, rəqəmsal cəmiyyət kontekstində e-dövlət xidmətləri, İnternet və veb-xidmətlər, rəqəmsal əlyetərlilik, şəbəkələşmə və telekommunikasiyalar, e-kommersiya və e-biznes və digər istiqamətlərdə müzakirələr aparılacaq.

Qeyd edək ki, konfransa təqdim olunmuş məqalələr “Web of Science” elmi bazasında indeksləşəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti