24-26 aprel 2019-cu il tarixlərdə Ekvadorun paytaxtı Kito şəhərində “E-demokratiya və e-dövlət üzrə VI beynəlxalq konfrans” (ICEDEG 2019) keçiriləcək.
Tədbirdə “e-dövlət”, “e-demokratiya”, “e-iştirak”, “e-cəmiyyət”, “e-tibb” və “e-idarəetmə”nin müxtəlif istiqamətləri üzrə müzakirələr aparılacaq.
Konfransa məqalələr 31 oktyabr 2018-ci il tarixinədək qəbul edilir.
Qeyd edək ki, ICEDEG konfransının materialları “IEEE Xplore”, “Computer Society”, “Elsevier” və “Web of Science” tərəfindən indeksləşir.
Ətraflı məlumatı buradan əldə etmək mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.