27-28 avqust 2018-ci il tarixlərdə Sinqapurda “İKT: Big Data, Cloud və Təhlükəsizlik üzrə IX illik beynəlxalq konfrans” (9th Annual International Conference on ICT: Big Data, Cloud and Security – ICT-BDCS 2018) keçiriləcək.
Big Data, Cloud Computing və İT təhlükəsizliyin nəzəri və praktiki aspektlərini əhatə edəcək konfransa məqalələr 25 may 2018-ci il tarixinədək qəbul edilir. Konfransa materiallar təqdim edən müəlliflər məqalələrin genişləndirilmiş versiyalarını “GSTF Journal on Computing” jurnalında dərc etmək üçün dəvət olunacaqlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.