“Azərbaycanın qlobal elmi bazaya çıxışı” mövzusunda seminar keçiriləcək 30.10.2013    17:00

Noyabrın 5-də saat 10:00-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycanın qlobal elmi bazaya çıxışı” mövzusunda seminar keçiriləcək. 

Azərbaycan Milli Elmlər Akademiyası, Thomson Reuters və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə qlobal elmi istinad bazasının (Web of Science) alimlər və elmi qurumlar üçün təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat veriləcək. Bu bazanın elmi-tədqiqat, elmi əməkdaşlıq və analitik təhlillər məqsədilə effektiv istifadəsi mümkündür. 

Elmi təşkilatların rəhbərliyi, alimlər, doktorantlar və dissertantlar seminarda iştirak etmək üçün dəvət olunurlar. Tədbirdə iştirak etmək istəyənlərdən 3 noyabr saat 18:00-dək qeydiyyat formasını dolduraraq iro@iit.ab.az ünvanına göndərmələri xahiş olunur. 

Qeyd edək ki, seminarda iştirak ödənişsizdir. İngilis-Azərbaycan dillərində sinxron tərcümə xidməti göstəriləcəkdir. İştirakçılar sertifikatla təmin olunacaq. 

Seminarda Azərbaycanın qlobal elmi bazaya çıxışı imkanları, AMEA İnformasiya Texnologiyaları İnstitutununda biliklər bazasının yaradılması imkanları, AMEA və Tomson Reuters əməkdaşlığının Azərbaycan elmi üçün prespektivləri, Qlobal elmi bazaya çıxışda Türkiyə təcrübəsi mövzularında müzakirələr aparılacaq. 

Əlaqəli şəxs: Marina Məmmədova (Tel: 510 06 98, e-mail: ( iro@iit.ab.az ) 

Ünvan: B.Vahabzadə 9, İnformasiya Texnologiyaları İnstitutu. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti