12-13 noyabr 2015-ci il tarixlərdə Moskvanın (Rusiya) “Digital October” Mərkəzində “Veb-analitika və internet-marketinqin effektivliyi – iMetrics” mövzusunda V beynəlxalq konfrans keçiriləcək.
3000-dən çox internet-marketoloq, veb-analitik və digər mütəxəssislərin iştirak edəcəyi konfransda veb-analitikanın trendləri, məlumatların toplanması, biznes-proseslərin təkmilləşdirilməsi və s. mövzularda 112 məruzə təqdim olunacaq.
Konfransda “Яндекс.Метрика” və “Google Analytics”in nümayəndələri, internet-marketinq agentliklərinin mütəxəssisləri, tanınmış şirkətlərin analitikləri öz təcrübələrini bölüşəcəklər.
Tədbirin əsas tərəfdaşları “Яндекс”, “Google” və “Progressive Media” şirkətləridir.