NANO KOREA 2015 – 13-cü Beynəlxalq nanotexnologiyalar sərgi-simpoziumu keçiriləcək 29.06.2015    21:00

İyulun 1-dən 3-nə kimi Seulda (Koreya) NANO KOREA 2015 – XIII Beynəlxalq nanotexnologiyalar sərgi-simpoziumu keçiriləcək. Tədbirin təşkilatçıları Koreyanın Elm və Texnologiyalar Nazirliyi, Ticarət, Sənaye və Energetika Nazirliyidir.

Dünyada ən böyük sərgilərdən hesab olunan NANO KOREA 2003-cü ildən keçirilir. Artıq 12 ildir ki, təşkil olunan beynəlxalq simpozium və sərgidə Koreya və digər ölkələrdən olan alim, tədqiqatçı və biznesmenlər nanotexnologiyalar sahəsi üzrə tendensiyaları müzakirə edir, son məlumatlar və təcrübə ilə bölüşürlər.

expoclub.ru beynəlxalq sərgi portalının məlumatına görə, sərgidə 15 ölkənin nanotexnologiyalar üzrə 400-dək şirkətindən olan təmsilçinin, 40 ölkədən isə 12000-ə yaxın mütəxəssisin iştirakı gözlənilir.

COEX Exhibition Center Sərgi Mərkəzində keçiriləcək tədbir nanobiotexnologiyalar, nanomateriallar, nanoqurğular, nanoistehsal, nanotexnologiyalarda qiymətləndirmə və ölçmə, nanotexnologiyaların tətbiqi kimi bölmələrdən ibarət olacaq.

Burada mikro- və nano prosessorlar, yaddaş çipləri, LSI və OLED sistemləri, biosensor və çiplər, biopreparatlar, foton və kvant cihazları, fotokatalizatorlar, nanorobotlar, nanokeramika, nanoörtüklər, litoqrafiya (çap üsulu), plazma generatorları, lazer emalı texnologiyaları, mikroskoplar, mikroelektroforometrlər, testerlər, İKT, proqram təminatı və s. təqdim olunacaq.

Sərgi ilə eyni vaxtda keçiriləcək:

• MicroTech World – 8-ci mikrotexnologiyalar sərgisi

• Laser Korea – 6-cı lazer texnologiyaları sərgisi

• Advanced Ceramics Expo – 5-ci zərif keramika sərgisi

• Printed Electronics Korea – çap elektronikası sərgisi 

Qeyd edək ki, NANO KOREA 2014 sərgisində 520 stend təqdim olunmuşdu ki, burada dünyanın 14 ölkəsindən 360 şirkətin məhsullaarı nümayiş etdirilmişdi. 30 ölkədən isə 4002 ziyarətçi qeydə alınmışdı. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti