İKT-nin tətbiqi üzrə IX Beynəlxalq konfrans (AICT2015) Rusiyada keçiriləcək 17.06.2015    15:50

AICT2015 – İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə IX Beynəlxalq konfrans bu il 14-16 oktyabr tarixlərdə Rusiyanın Rostov-Don şəhərində keçiriləcək. Builki tədbir sözügedən şəhərdə yerləşən Cənub Federal Universitetinin 100 illiyinə həsr olunub. AICT2015 Qafqaz Universiteti və Cənub Federal Universitetinin təşkilatçılığı və IEEE – Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) texniki dəstəyi ilə keçiriləcək.

Bakı, Astana (Qazaxıstan), Daşkənd (Özbəkistan), Tbilisidə (Gürcüstan) keçirilən əvvəlki konfransların uğurlarına əsaslanaraq, bu il də AICT2015 informasiya və kommunikasiya texnologiyaları sahəsində müxtəlif ölkələrin alimləri, müəllim və tələbə heyəti, tədqiqatçılar, mütəxəssislər arasında yeniliklərin təqdimatı, tədqiqatlar, sınaq və təcrübələrin müzakirəsinin təmin edilməsi üçün xüsusi platformaya çevriləcək.

AICT2015 Beynəlxalq konfransı 80-ə yaxın mövzunu əhatə edəcək. Tədbir aşağıdakı bölmələr üzrə aparılacaq:

  • Böyük verilənlərin idarəsi və tətbiqi (Big Data)
  • Verilənlərin əldə olunması (Data Mining) və informasiya mühəndisliyi
  • Kibertəhlükəsizlik problemləri
  • İKT-nin tətbiqində ən son tendensiyalar
  • Kommunikasiyalar, şəbəkələr və avadanlıq
  • İKT biznes, idarəetmə və iqtisadiyyatda
  • İKT dövlət xidmətlərində
  • İKT təhsil, humanitar və sosial tədqiqatlarda
  • İKT tibb və səhiyyədə

AICT2015 haqqında ətraflı məlumatı tədbirin rəsmi saytından – aict.info/2015 əldə etmək olar.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti