10-11 dekabr 2015-ci il tarixlərdə Amsterdamda “Kompüter elmləri və informasiya texnologiyaları” mövzusunda VIII Beynəlxalq konfrans (8th International Conference on Computer Science and Information Technology – ICCSIT 2015) keçiriləcək.
Amerikanın Araşdırmalar Cəmiyyəti (American Society for Research – ASR) tərəfindən maliyyələşdirilən konfransda kompüter elmləri və informasiya texnologiyaları sahəsində aparılan elmi-tədqiqatların son nəticələri təqdim olunacaq.
Konfrans dünyanın aparıcı tədqiqatçıları, mühəndisləri və alimlərini bir araya gətirəcək.