27 aprel 2015-ci il tarixdə saat 13:00-da ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “AMEA Gənc Alim və Mütəxəssislərin İnstitutlararası II futbol çempionatı” keçiriləcək. Çempionatda 17 komanda 4 qrup üzrə yarışacaq.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun komandası A qrupunda birinci yer uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, oyunlar AFFA-nın Peşəkar Futbol Liqasının hakimləri tərəfindən idarə olunacaq. İlk start oyunu birinci çempionatın qalibi Geologiya və Geofizika İnstitutu ilə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun komandaları arasında baş tutacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.