15-18 iyun 2015-ci il tarixlərdə Porto şəhərində (Portuqaliya) “Terena Networking Conference” (TNC15) keçiriləcək.
Hər il 650-dən çox mütəxəssisin iştirak etdiyi konfrans Avropanın ən böyük və nüfuzlu tədbiridir.
Portuqaliyanın Elm və texnologiya fakültəsi ilə Milli Tədqiqat və Təhsil Şəbəkəsi tərəfindən təşkil olunan konfrans Avropanın əsas elmi-tədqiqat mərkəzləri, institut və təşkilatları, həmçinin ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirəcək.