Moskvada müasir texnologiyaların interaktiv sərgisi keçirilir 29.03.2015    16:13

Rusiyanın paytaxtında “Москва” texnopolisində martın 28-dən 29-na kimi  “TechTrends Expo” müasir texnologiyaların interaktiv sərgisi keçirilir. Sərgidə daşınan qurğular, ağıllı ev üçün elektronika, virtual və əlavə reallığın yaradılması üçün qadjetlər, həmçinin 3D-skanerlər və iri printerlər nümayiş olunur.

Tədbirdə “İlin ən çox maraq oyadan qadjeti” xüsusi mükafatının qalibləri də müəyyənləşəcək. Sərginin əyləncəli hissəsi vizual, fiziki və audioeffektləri özundə birləşdirən attarksionların təqdim edildiyi oyun zonasında davam edəcək. Ziyarətçilər virtual və əlavə reallıq texnologiyalarını sınaqdan keçirə biləcəklər. Sərginin msk.techtrendsexpo.com rəsmi veb-səhifəsinin məlumatına görə, tədbirdə həmçinin məşhur əsərlərin 3D-surətləri də nümayiş olunacaq.

“TechTrends Expo” çərçivəsində texnologiyalar sferası üzrə mütəxəssislər və IT-peşəkarlar üçün seksiyalar da keçiriləcək ki, burada startapçılar Intel, Microsoft, Samsung kimi şirkətlərin, İnternet-təşəbbüslərinin İnkişafı Fondu və “Skolkovo”nun təmsilçiləri, həmçinin digər mütəxəssislərlə ünsiyyət yarada bilərlər. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti