INOTEX 2015 — Beynəlxalq innovasiyalar və texnologiyalar sərgisi 20.04.2015    02:18

İyunun 9-dan 12-dək Tehranda (İran) IV Beynəlxalq innovasiyalar və texnologiyalar sərgisi - INOTEX 2015 keçiriləcək.

inotex.negusexpo.ru saytının məlumatına görə, “Tehran International Fair Ground” sərgi kompleksində baş tutacaq tədbir İranın “Pardis” Texnoparkının təşkilatçılığı və Rusiyanın “НЕГУС ЭКСПО Интернэшнл” şirkətinin həmtəşkilatçılığı ilə keçiriləcək. 

Sərginin əsas istiqamətləri:

  • İnformasiya-kommunikasiya texnologiyaları
  • Neft-qaz və neft-kimya sənayesi üçün innovasiya texnologiyaları və avadanlıqları
  • Yüksək texnoloji tibb və biotibb mühəndisliyi
  • Sənayenin avtomatlaşdırılması və intellektual sistemlər
  • Biotexnologiyalar
  • Nanotexnologiyalar
  • Bərpa olunan energetika
  • Aviasiya-kosmik texnologiyalar
  • Tibb və laboratoriya avadanlıqları (aksessuarları)
  • İnfrastruktur
  • Geologiya və yeni materiallar
  • Optika, fotonika və lazerlər

Qeyd edək ki, sərgi yeni – INOTEX adı altında 2014-cü ildə keçirilməyə başlayıb və həmin ildə dünyanın 7 ölkəsindən (Rusiya, Türkiyə, Hindistan, Koreya, Çin, Almaniya, Böyük Britaniya) 88 şirkətin məhsulları nümayiş olunub.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti