21-24 iyul 2015-ci il tarixlərdə İtaliyanın Taormina şəhərində “Machine learning”, optimallaşdırma və Big Data üzrə Beynəlxalq workshop (International Workshop on Machine learning, Optimization and Big Data - MOD 2015) keçiriləcək.
İtaliyanın Katania Universiteti, ABŞ-ın Florida Universiteti və Nyu-York Genetika Mərkəzinin təşkilatçılığı ilə keçirilən workshopun ilk günü dərslər, digər 3 günü isə konfrans iclaslarından ibarət olacaq.
Qeyd edək ki, sənəd qəbulunun son tarixi cari ilin fevral ayının 28-dir.