Aprelin 10-da ABŞ-ın Las-Veqas şəhərində elektron kütləvi informasiya vasitələrinə həsr olunmuş NAB 2015 (National Association of Broadcasters Annual Convention and International Exposition) sərgisi keçiriləcək. Geniş miqyaslı tədbir olan NAB-da innovativ texnologiyalar, yayım strategiyaları, həmçinin istifadəçinin təcrübəsini artıran texnologiyalar işıqlandırılacaq.
hifinews.ru saytının bildirdiyinə görə, 5 gün davam edəcək sərgidə sosial TV, bulud xidmətləri, brodbend TV və OTT texnologiyası üzrə ixtisaslaşan şirkətlər təqdim olunacaq. Bundan əlavə nümayiş zalları fəaliyyət göstərəcək və sərgi iştirakçılarına tədris üçün tədbirlərdə iştirak təklif olunacaq.
NAB sərgisinin əsas istiqamətləri aşağıdakılardır: