Yüksək Texnologiyalar Parkında beynəlxalq təlim kursları keçiriləcək 23.01.2015    14:11

AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar  Parkında  beynəlxalq  təlim kursları keçiriləcək. “Professional Diploma in Digital Marketing” adlı təlim kursları Azərbaycanda ilk dəfə olaraq təşkil edilir.
Təlimlər cari ilin fevral ayının 13-dən etibarən başlayacaq və 10 həftə davam edəcək. Kursları müvəffəqiyyətlə bitirən iştirakçılara  Avropanın Kvalifikasiya və Akkreditasiya Sisteminin 5-ci pilləsinə uyğun olan nüfuzlu “Digital Marketing İnstitute” sertifikatı təqdim ediləcək.  
Qeyd edək ki, beynəlxalq təlim kursları İrlandiyanın “Digital Marketing İnstitute” təhsil müəssisəsinin Azərbaycan üzrə rəsmi təhsil tərəfdaşı olan “DMİ Azerbaijan”ın (www.dmi.az)  təşkilatçılığı və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə həyata keçiriləcək.

ictnews.az

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti