Nano tech 2015 – nanotexnologiyalar üzrə beynəlxalq sərgi-konfransı keçiriləcək 19.01.2015    11:00

Yanvarın 28-dən 30-dək Yaponiyada yüksək texnologiyalar, innovasiyalar, nanotexnologiyalar kimi yeni texnologiyalar sahəsini əhatə edən Nano tech 2015 beynəlxalq sərgi-konfransı keçiriləcək.

Tokio Beynəlxalq Sərgi Mərkəzində (Tokyo International Exhibition Center (Tokyo Big Sight) keçiriləcək tədbirin təşkilatçısı “Reed Exhibitions Japan Ltd” şirkətidir.

Sərgi 2002-ci ildən “Nano Bio Expo”, “Neo functional material”, “ASTEC” kimi digər sərgilərlə birgə keçirilir. 2014-cü ildə tədbiri dünyanın 14 ölkəsindən 45 mindən artıq mütəxəssis ziyarət etmişdir. Sərgidə 427 şirkət iştirak etmişdir. Bu il isə 600 şirkətin təmsil olunması gözlənilir.

expoclub.ru saytının məlumatına görə, sərgidə yeni texnologiyalar, ixtira və innovasiyalar, elektronika, informasiya texnologiyaları, telekommunikasiya avadanlıqları, multi xidmət şəbəkələri, peyk rabitə sisistemləri, telemetrik informasiyanın toplanması və ötürülməsi sistemləri, kosmik texnologiyalar və s. təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti