Kiber-fiziki sistemlərin kiberdayanıqlığını qiymətləndirmək üçün metodlar işlənilir İyun 02, 2023 | 09:06 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti elmi seminarı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev seminarın “Kiber-fiziki sistemlərin kiberdayanıqlığını qiymətləndirmək üçün metodların işlənməsi” mövzusunda magistr dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirib.

Akademik R.Əliquliyev struktur bölmələrin seminarlarının mütəmadi olaraq keçirilməsinin elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması baxımından zəruri olduğunu qeyd edib. İnstitutun baş direktoru çoxtərəfli diskussiya formatında keçirilən seminarların institut əməkdaşları arasında birgə fəaliyyətin təşkili, riyazi biliklərin dərinləşdirilməsi, gənclərin elmə həvəsləndirilməsi, institutun elmi potensialının gücləndirilməsi üçün mühüm platforma rolunu oynadığını qeyd edib, qurumun bütün struktur bölmələrini bu işdə fəal olmağa səsləyib.

İnstitutun magistrantı Ayxan Məmmədov dissertasiya işini təqdim edərək mövzunun aktuallığından bəhs edib. O, qeyd edib ki, kiber-fiziki sistemlər (KFS) özündə fiziki və kiber komponentləri birləşdirir. Bu sistemlərin mürəkkəbliyi və qarşılıqlı əlaqəsinin artması ilə onların işində anomaliyaların və səhvlərin yaranması ehtimalı yüksəlir. Effektiv strategiyaların hazırlaması kibercinayətkarlar tərəfindən istifadə edilən taktikanın və metodların daimi öyrənilməsini tələb edir.

Tədqiqatçı bildirib ki, dissertasiya işinin məqsədi kiberdayanıqlığın təmin olunması məqsədilə maşın təlimi metodları əsasında kiber-fiziki sistemlərin qurğularının diaqnostikası üçün metodların işlənilməsidir.

O, dissertasiya işində qoyulmuş məsələlər haqqında məlumat verib, tədqiqat obyekti və metodlarını diqqətini çatdırıb.

A.Məmmədov dissertasiya işində əldə olunmuş əsas elmi nəticələri təqdim edib. Məruzəçi tədqiqat işi çərçivəsində KFS-lərin müasir vəziyyətinə dair tədqiqatların və bu sistemlərin qurğularının diaqnostikasının aparılması üçün mövcud metod və alqoritmlərin analiz edildiyini, bu sistemlərdə anomaliyaların aşkar edilməsi üçün VAE və BiGRU dərin neyron şəbəkələrinin tətbiq edildiyini bildirib.

Məruzə ətrafında geniş müzakirələr aparılıb, tədqiqatçı ona ünvanlanan sualları cavablandırıb.

Tədqiqat işinə dair çıxış edən akademik Rasim Əliquliyev kiber-fiziki sistemlərin kiberdayanıqlığı ilə bağlı çoxsaylı problemlərin mövcud olduğunu və bu problemlərin araşdırılmasının aktuallıq kəsb edən məsələlərdən olduğunu bildirib. Akademik R.Əliquliyev müvafiq istiqamətdə aparılan tədqiqatları yüksək qiymətləndirib, tədqiqatların gələcəkdə də davam etdirilməsi ilə bağlı tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı