İnstitutun əməkdaşı Təhmasib Fətəliyev Fəxri Fərmanla təltif olunub May 30, 2023 | 04:07 / Yubileylər

İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının növbəti iclasında institutun əməkdaşı Təhmasib Fətəliyev anadan olmasının 75 illik yubileyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif edilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev T.Fətəliyevi ürəkdən təbrik edərək onun yüksək peşəkarlıq səviyyəsi, məhsuldar elmi fəaliyyəti, əldə etdiyi nailiyyətləri ilə hər zaman rəhbərliyin diqqət mərkəzində olduğunu söyləyib. Alim institutun çoxillik fəaliyyətində və inkişafında müstəsna xidmətləri olan T.Fətəliyevin insanpərvərlik, əməksevərlik, təvazökarlıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətləri ilə kollektivdə böyük hörmət və rəğbət qazandığını diqqətə çatdırıb.

Alim yubilyarı institutun rəhbərliyi, Elmi Şurası və kollektivi adından təbrik edib, ona möhkəm can sağlığı və gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayıb.

Sonra T.Fətəliyev anadan olmasının 75 illik yubileyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif edilib.

T.Fətəliyev çıxış edərək akademik Rasim Əliquliyevə təşəkkür edib, institutda yaradılmış elmi mühitdə səmimi kollektivlə birlikdə çalışmaqdan son dərəcə məmnun olduğunu deyib.

Qeyd edək ki, T.Fətəliyev 1970-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1970-1971-ci illərdə təyinatla Zaqafqaziya Layihə-Montaj İşləri İdarəsində Elektron Hesablama Maşınlarının quraşdırılması və sazlanması işləri ilə əmək fəaliyyətinə başlamış, 1971-ci ildən etibarən Milli Elmlər Akademiyasının Fizika, Kibernetika İnstitutlarında, Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyində və Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində elmi fəaliyyətlə məşğul olmuşdur.

O, ixtisaslaşdırılmış hesablama qurğularının, lokal, korporativ şəbəkə və informasiya sistemlərinin, verilənlər bazalarının layihələndirilməsi, informasiyanın emalı və böyük informasiya resurslarının saxlanılması məsələlərini tədqiq etmiş, müxtəlif təyinatlı korporativ informasiya sistemlərini işləmişdir.

Hazırda elektron elm və onun yeni istiqaməti kimi formalaşan vətəndaş elminin elmi-nəzəri problemlərinin tədqiqi və praktiki reallaşdırılması, elmin informasiya təminatının formalaşdırılması, elmin idarə olunması və elmi fəaliyyətin qiymətləndirilməsi istiqamətlərində araşdırmalar aparır. 100-dən çox elmi əsərin, o cümlədən 6 kitabın müəllifidir.

T.Fətəliyev 2005-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA-nın 60 illiyi ilə əlaqədar olaraq “AMEA-nın Fəxri Fərmanı”, 2011-ci ildə Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində xidmətlərinə görə “Tərəqqi” medalı, 2018-ci ildə institutun Fəxri Fərmanı ilə təltif olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı