İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə olunub May 26, 2023 | 03:29 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev elmi qurumun kollektivini 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib, onlara cansağlığı və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Akademik Rasim Əliquliyev hər bir əməkdaşı Azərbaycan elminin inkişafı və institutun elmi potensialının daha da gücləndirilməsi istiqamətində öz səylərini birləşdirməyə, qarşıya qoyulan vəzifələrə məsuliyyətlə yanaşmağa, çevik və məqsədyönlü fəaliyyət göstərməyə çağırıb.

Sonra elmi qurumun fəaliyyətinin zamanın tələblərinə uyğun qurulması, institutun qlobal elmi mühitə inteqrasiyası, əməkdaşların elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi və kadr potensialının artırılması istiqamətində görüləcək işlər müzakirə olunub.

Elmi şuranın iclasında AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq, institutun nəzdində Dissertasiya Şurasının təsdiq olunması, İnformasiya Texnologiyaları İnstitutu ilə Almaniyanın Deggendorf Texniki Universiteti arasında elmi əməkdaşlıq, AzScienceNet şəbəkəsinin gələcək fəaliyyətinə dair ümumrespublika seminarının təşkili, eləcə də İnformasiya Texnologiyaları İnstitutu və AMEA Tarix İnstitutunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda informasiya cəmiyyətinin meydana gəlməsi və inkişafı tarixi” ümumrespublika konfransının keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə, həmçinin institut əməkdaşlarının xarici ölkələrə elmi ezamiyyətləri haqqında məlumat verilib, 12 sentyabr 2023-cü il tarixində Kursk şəhərində keçiriləcək “Распознавание-2023” beynəlxalq konfransının plenar iclasında “IV Sənaye İnqilabının texnoloji çağırışları kontekstində kibertəhlükələr və onların intellektual analizi problemləri” adlı elmi məruzənin təqdim edilməsi, iqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev və texnika üzrə fəlsəfə doktoru Roza Şahverdiyevanın həmmüəllifi olduqları “İnnovasiya fəaliyyətinin təşkili problemləri və həlli mexanizmləri” adlı monoqrafiyanın çapa tövsiyə edilməsi və bir sıra digər mühüm məsələlərə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı