Veb-səhifələrin ranqlaşdırılması üçün qraf neyron şəbəkəsinə əsaslanan model işlənilib May 30, 2023 | 11:42 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsininin elmi seminarında “Veb-səhifələrin ranqlaşdırılması üçün qraf neyron şəbəkəsinə əsaslanan modelin işlənməsi” adlı məruzə dinlənilib.

Məruzəni təqdim edən institutun dissertantı Süleyman Süleymanzadə Ranqlaşdırmanın axtarış sistemlərinin vacib tərkib hissəsi olduğunu qeyd edən məruzəçi veb-səhifələrin ranqlaşdırması üçün tətbiq olunan alqoritmlər haqqında məlumat verib. Bildirib ki, veb-səhifələrin ranqlaşdırması üçün TF-İDF, HİTS (Hyperlink Induced Topic Search) və BM25 alqoritmləri geniş istifadə olunur.

Tədqiqatçı problemin formalaşdırılması üçün kontentin əlamətləri və sürətli ranqlaşdırma imkanlarının nəzərə alınmasının vacibliyini qeyd edib. O, bu sahədə yeni bir istiqamət olan qraf neyron şəbəkələri barədə danışaraq bu şəbəkələrin 2017-ci ildən geniş istifadə olunmağa başladığını əlavə edib.

S.Süleymanzadə təklif etdiyi sistemin iş prinsipini təqdim edib, strukturun PageRank standart alqoritminə görə hesablanan nüvə zonası, qraf neyron şəbəkələri induksiya prinsiplərinə görə hesablanan kəşf edilməmiş zona və bir neçə klassifikator zonasının kəsişməsi olan kəsişmə zonasından ibarət olduğunu qeyd edib.

O, həmçinin klassifikasiya prosesi, kəsişmə və hesablanma ardıcılığı barədə məlumat verib, əldə olunan nəticələri diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev təklif olunan metodun internet mühitində mövcud olan axtarış sistemlərində qraf neyron şəbəkələrindən istifadə etməklə axtarışın keyfiyyətinin artırılması baxımından əhəmiyyətini qeyd edib. Akademik Rasim Əliquliyev aparılan tədqiqatlar nəticəsində əldə olunan yenilikləri yüksək qiymətləndirib, aktual elmi problemə həsr olunmuş tədqiqatın nəticələrinin nüfuzlu jurnallarda çap olunmasını tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı