İnstitutun magistraturasında qış imtahan sessiyasına start verilib Yanvar 07, 2022 | 11:35 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunda  qış imtahan sessiyasına start verilib.

Belə ki, yanvarın 6-də institutun I və II kurs magistrantları “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə imtahan veriblər. İmtahanda I kurs üzrə 9, II kurs üzrə isə 5 magistrant öz biliklərini sınayıb.

İnstitutun magistraturasında digər imtahanlar isə 14, 18, 24 və 28 yanvar tarixlərində baş tutacaq.

Qeyd edək ki, qış imtahan sessiyası AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 21 dekabr 2021-ci il tarixli “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən təşkil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı