İnstitutda 2021-ci ilin fəaliyyət planları üzrə mühüm tədqiqatlar aparılıb Dekabr 30, 2021 | 01:15 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın 2021-ci il üzrə sonuncu onlayn iclası keçirilib. 

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev iclasda çıxış edərək rəhbəri olduğu elmi müəssisənin əməkdaşlarını qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar və can sağlığı arzu edib.

İclasda Sənədlərlə iş şöbəsinin müdiri Dinara Zeynalova 2021-ci il ərzində institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyəti haqqında məlumat verib. O, tapşırıqlara əsasən, institutun şöbələrində müxtəlif problemlərə həsr olunmuş onlayn elmi seminarların təşkili, beynəlxalq və respublika səviyyəli elmi jurnallara və elmi-praktiki konfranslara məqalələrin təqdim olunması və nəşri, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti, elmi tədqiqatların nəticələrinə dair məqalələrin hazırlanması və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlərdən bəhs edib.

Sonra akademik Rasim Əliquliyev institut əməkdaşlarına müvafiq tapşırıqlar üzrə tövsiyələrini verib, hər bir tədqiqatçını qarşısında duran vəzifələri məsuliyyətlə icra etməyə, öz mövzusu üzrə elmi araşdırmaları dərinləşdirməyə, beynəlxalq təcrübəni öyrənərək dünya elminə inteqrasiya etməyə çağırıb. Alim əməkdaşların beynəlxalq elmi proqramlarda və qrant layihələrində iştirakı ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

R.Əliquliyev institutun daxili potensialının daha səmərəli idarə olunmasının vacibliyindən danışıb, yüksəkixtisaslı kadrların yetişdirilməsinin zərurliyini qeyd edib. Akademik bu prosesdə hər bir institut əməkdaşını, xüsusilə şöbə müdirləri və digər məsul şəxsləri fəallıq nümayiş etdirməyə çağırıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı