Forumda maşın təlimi əsasında “Twitter” məlumatlarının sentiment analizinə dair məruzə təqdim olunub Dekabr 08, 2021 | 01:20 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutun böyük elmi işçisi Mərziyə İsmayılova  Rusiyada onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) “Süni intellekt və maşın təlimi” bölməsində “Maşın təlimi əsasında “Twitter” məlumatlarının sentiment analizi” haqqında məruzə ilə çıxış edib.

Məruzəçi hazırda sosial şəbəkə veb-saytlarının sürətli inkişafı ilə sentiment analizin populyar tədqiqat mövzusuna çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, sentiment analiz insanların müxtəlif məsələlər (məhsullar, hadisələr, təşkilatlar və s.) üzrə fikirlərini araşdıran tədqiqat sahəsidir.

“Sosial şəbəkələr insanların əhval-ruhiyyəsini, rəy və fikirlərini qiymətləndirmək üçün ən çox müraciət olunan platformadır”, - deyə qeyd edən M.İsmayılova COVID-19 pandemiyası dövründə bu platformaya marağın daha da artdığını vurğulayıb.  

O, sosial şəbəkələrdə, forumlarda, bloqlarda, mikrobloqlarda aparılan geniş müzakirələrlə bağlı sentiment analizin rolunun əhəmiyyətli dərəcədə artdığını bildirib. M.İsmayılova COVID-19 pandemiyası ilə bağlı tvitlərin emosional “rəngini” (müsbət, mənfi və neytral) təhlil etmək üçün “Naive Bayes”, “Support Vector Mashine”, “Random Forest”, “Neural Network” kimi maşın təlimi üsullarından istifadə edildiyini diqqətə çatdırıb. Əlavə edib ki, tədqiqat “Python” proqramlaşdırma mühitində “scikit-learn” kitabxanasından istifadə etməklə reallaşdırılıb. Bundan əlavə, təcrübələrin aparılması üçün “Kaggle” saytından COVID-19 pandemiyası ilə bağlı tvit verilənlər bazasından istifadə edilib.

Sonda məruzəçi son dövrlərdə “Twitter” mikrobloqunda müzakirə olunan müxtəlif mövzuların sentiment analizi sahəsində çoxlu sayda tədqiqatlar aparıldığını və bu eksperimentlər zamanı “Random Forest” klassifikatorunun ən yüksək nəticə göstərdiyini nəzərə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı