İKT əsasında e-ticarət sahəsində biznes modellərinin transformasiyası məsələləri tədqiq olunub Dekabr 07, 2021 | 03:46 / Konfranslar, iclaslar

Hazırda rəqəmsal iqtisadiyyatın əsas sektorlarından biri elektron ticarət sisteminin hazırlanması və tətbiqidir. Elektron biznes təşkilatlara nəinki xərcləri azaltmağa, həm də istehlakçılara əlavə dəyər çatdırmağa əsaslanan yeni biznes modelləri yaratmağa imkan verir. Elektron ticarətdə proqram təminatının modernləşdirilməsi iqtisadi fəaliyyətin inkişafını təmin edir.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutun əməkdaşı Jalə Daşdəmirova Rusiyada onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) yeni İKT əsasında e-ticarət sahəsində biznes modellərinin transformasiyası məsələlərinə dair məruzəsində bildirib.

Məruzədə ənənəvi biznes modellərinin transformasiya yolları, eləcə də yeni İKT-lərə əsaslanan e-ticarət sahəsində tipologiya və transformasiya imkanları haqqında məlumat verilib, e-biznes sahəsində biznes modellərinin xüsusiyyətləri, həmçinin onların əsas növləri təqdim olunub, biznes modellərinin əsas komponentləri təhlil olunaraq xüsusiyyətləri müəyyənləşdirilib.

J.Daşdəmirova, həmçinin informasiya texnologiyalarının və rəqəmsal transformasiyanın inkişafına əsaslanan kraudsorsinq, kraudfandinq, virtuallaşdırma və digər biznes imkanlarından bəhs edib.

“Elektron ticarətdə proqram təminatının yenilənməsi istiqamətlərindən biri “Saas”ın inkişaf etdirilməsidir”, - deyə qeyd edən məruzəçi “Saas”ın bulud əsaslı çatdırılma modeli olduğunu, burada hər bir proqramın xidmət provayderinin məlumat mərkəzində yerləşdirildiyini və idarə olunduğunu deyib. Əlavə edib ki, “Shopify” və “Demandware” Saas e-ticarət həllərinin iki əsas nümunəsidir.

J.Daşdəmirova elektron ticarətdə sıfır kodlaşdırma, səsli ticarət, maşın öyrənmə alqoritmlərindən istifadə edərək logistikanın optimallaşdırılması, Big Data əsasında fərdiləşdirmə və proqnozlaşdırma, problemsiz müştəri təcrübəsi və məhsulun fərdiləşdirilməsi üçün süni intellekt sistemləri, nümayiş üçün artırılmış və qarışıq reallıq, alış-veriş üçün video, yeni ödəniş variantları, emissiyaları və tullantıları azaltmaq məqsədilə “yaşıl” texnologiyalardan istifadə kimi bir çox texnoloji yeniliklərin tətbiq olunduğunu diqqətə çatdırıb.

Elektron ticarətin Azərbaycan iqtisadiyyatının inkişafında özünəməxsus yeniliklər etdiyini vurğulayan məruzəçi Azərbaycanda elektron biznesin yüksək inkişaf potensialına malik olduğunu bildirib. O, Azərbaycanın elektron ticarət sistemində proqram təminatının modernləşdirilməsinin əsas istiqamətlərini müəyyənləşdirməyin zəruriliyinə toxunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı