Texnoparkların fəaliyyətinin informasiya və tətbiqi proqram təminatının formalaşması problemləri araşdırılıb Dekabr 06, 2021 | 10:52 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Roza Şahverdiyeva və magistrantı Nuranə Xosuzadənin həmmüəllifi olduqları “Texnoparkların fəaliyyətinin informasiya və tətbiqi proqram təminatının formalaşması problemləri” mövzusunda elmi-tədqiqat işi Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) təqdim olunub.

Mövzuya dair çıxış edən N.Xosuzadə tədqiqat işində texnoparkların fəaliyyətinin informasiya və tətbiqi proqram təminatının formalaşması problemlərinə nəzər yetirildiyini bildirib. Qeyd edib ki, texnoparkların innovasiya və biliklər iqtisadiyyatında əhəmiyyəti göstərilmiş, innovativ, yüksək elmtutumlu məhsul-xidmət istehsalının buraxılışında texnoparkların rolu izah olunmuş və onların yaradılması xüsusiyyətləri təhlil edilmişdir.

“Tədqiqat çərçivəsində texnoparkların idarəetmə proseslərinin informasiya təminatının struktur elementləri verilmiş, informasiya təminatı sisteminın formalaşması və səmərəliliyinə təsir edən amillər müəyyənləşdirilmişdir. Texnoparklarda informasiya təminatı sisteminin təkmilləşdirilmiş strukturu işlənilmiş, onun səmərəliliyinin yüksəldilməsində tətbiqi proqram təminatından istifadə xüsusiyyətləri tədqiq olunmuşdur. Texnoparkların informasiya təminatı sisteminin təkmilləşdirilməsində Sənaye 4.0, Big Data, bulud, Əşyaların İnterneti, 5G texnologiyası kimi rəqəmsal texnologiyaların tətbiqləri və beynəlxalq təşkilatların tövsiyələri araşdırılmışdır”, – deyə məruzəçi söyləyib.

O, böyük yaddaşa və məhsuldarlığa malik olan superkompüterlərin texnoparkların fəaliyyətinin idarə edilməsi məsələlərində, onun informasiya təminatı sisteminin təkmilləşdirilməsində zəruri mürəkkəb məsələlərin həllində geniş istifadə olunduğunu diqqətə çatdırıb. İqtisadiyyatın və innovativ strukturların fəaliyyətinin modelləşdirilməsində, texnopark strukturlarında innovativ, elmtutumlu məhsul istehsalı proseslərində superkompüter texnologiyalarının tətbiq edilməsinin üstünlükləri və perspektivlərinin araşdırıldığını bildirib.

Məruzəçi qeyd edib ki, elmi işdə texnoparkların fəaliyyətinin informasiya təminatı sisteminin idarə olunmasında istehsal və satış dövriyyəsində istifadə olunan böyük həcmli verilənlərin (Big Data) emal olunması və yadda saxlanmasında superkompüter texnologiyalarının effektiv tətbiqinin səmərəli həyata keçirilməsi yolları göstərilmiş, texnoparkların informasiya və tətbiqi proqram təminatı sisteminin təkmilləşdirilməsində superkompüter texnologiyalarının tətbiqinin perspektiv istiqamətləri üzrə tövsiyələr verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı