Bulud xidmətlərinə olan kiberhücumların aşkarlanması üçün əlamətlərin ranklaşdırılması üsulu haqqında məruzə dinlənilib Dekabr 04, 2021 | 05:35 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş onlayn toplantıda institutun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Bulud xidmətlərinə olan kiberhücumların aşkarlanması üçün əlamətlərin ranklaşdırılması üsulu haqqında” məruzəsi ilə çıxış edib.

Məruzəçi bildirib ki, elmi tədqiqatın məqsədi bulud texnologiyalarının servis modellərinə olan kiberhücumların aşkarlanması üçün əlamətlərin ranklaşdırılmasına əsaslanan üsulun işlənməsidir. Pirson üsulundan istifadə etməklə, əlamətlər arasında korrelyasiya tapılaraq onların verilənlər bazasından silinməsi və yeni verilənlər bazası formalaşdıraraq effektiv klassifikasiyanın həyata keçirilməsi tələb olunur.

F.Abdullayeva bulud texnologiyalarının servis təminatı modeli, servis modellərinə olan kiberhücumlar, bulud texnologiyalarında hücum ssenarisi və s. haqqında ətraflı məlumat verib. Hücumları həyata keçirməyin iki üsulu (şəbəkə/transport layı və tətbiqi səviyyə hücumları) və onların özəlliklərindən bəhs edib.

Onun sözlərinə görə, mövcud elmi işlərdə hesablama çətinliyi, çox vaxtın sərf olunması, klassifikasiya nəticələrinin aşağı olması, lazımi əlamətlərin seçilməsinin effektiv klassifikasiyanın həyata keçirilməsi məqsədilə aparılmaması kimi çatışmazlıqlar özünü göstərir.

Əlamətlərin korrelyasiya əsasında seçilməsinin əsas ideyasından söz açan məruzəçi bildirib ki, ən yaxşı əlamət altçoxluqları elə əlamətlərdən ibarət olur ki, qrupun əlamətləri ilə hədəf əlamət arasında korrelyasiya yüksək olur, qrupun əlamətlərinin özləri arasında isə heç bir korrelyasiya olmur.

O, həmçinin əlamətlərin korrelyasiya əsasında seçilməsi üsulları, korrelyasiya kriteriyası barədə danışıb, müvafiq istiqamətdə aparılmış eksperimentlərin nəticələrini təqdim edib.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Məruzəçi tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı