Bitki yarpaqlarının xəstəliklərini müəyyən etmək üçün yanaşma işlənilib Oktyabr 18, 2021 | 01:48 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının “Dərin model əsasında bitki xəstəliklərinin aşkarlanması” (“Plant disease detection based on a deep model”) (https://doi.org/10.1007/s00500-021-06176-4) adlı məqaləsi nüfuzlu “Soft Computing”  jurnalında dərc olunub. “Web of Science” bazasında indeksləşən jurnalın impakt faktoru 3.643-ə bərabərdir.

Məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat və hazırda Çin Xalq Respublikası Tsinghua Universitetinin tələbəsi olan Ruslan Bayramovdur.

Tədqiqat çərçivəsində bitki yarpaqlarının xəstəliklərini müəyyən etmək üçün yanaşma işlənmişdir. Yanaşma dərin konvolusiya neyron şəbəkəsinə (convolutional neural network, CNN) və idarə edilən rekurrent neyron  şəbəkələrə (gated recurrent unit, GRU) əsaslanır. Təklif olunan modeli öyrətmək və yanaşmanın effektivliyini qiymətləndirmək üçün yarpaq şəkillərinin böyük həcmli toplusundan istifadə olunmuşdur. CNN+GRU modelinin öncədən öyrədilmiş VGGNet-16 və ResNet-20 dərin neyron şəbəkələri ilə eksperimental müqayisəsi də aparılmışdır. Eksperimental nəticələr göstərir ki, təklif edilmiş CNN+GRU modeli bitkilərdə geniş yayılmış yarpaq xəstəliklərini yüksək dəqiqliklə müəyyən edə bilir.

Qeyd edək ki, 2020-ci ildə Akademik Z.Əliyeva adına liseyin şagirdi olan Ruslan Bayramov bu ideyaları mobil robotda reallaşdırmış və həmin işinə görə “Sabahın alimləri” IX Respublika müsabiqəsinin kompüter elmləri üzrə qaliblərindən olmuşdu və ölkəmizi ABŞ-da keçirilən ISEF müsabiqəsində təmsil etmək hüququ qazanmışdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı