Transliterasiya problemlərinə həsr olunmuş məqalə “Web of Science” bazasında Q1 kvartili üzrə indeksləşən jurnalda dərc olunub Oktyabr 20, 2021 | 11:38 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Səbinə Məmmədzadənin “Mövcud transliterasiya yanaşmaları və metodlarının icmalı” (“A review of existing transliteration approaches and methods”) adlı məqaləsi “International Journal of Multilingualism” jurnalında dərc olunub. “Web of Science” beynəlxalq elmi bazasında indeksləşən və impakt faktoru 2.714 olan “International Journal of Multilingualism” jurnalı Q1 (Impact Factor Best Quartile (2020)) kvartilinə daxildir.

Məqalədə transliterasiya sisteminin (və ya interfeysinin) maşın tərcüməsi, insan adları, toponimlərin düzgün yazılışı və informasiya axtarışı sahəsində əhəmiyyəti qeyd edilmiş, onun digər dillərə təsiri və yaratdığı problemlər identifikasiya olunmuşdur. Bu istiqamətdə mövcud olan müxtəlif yanaşma, model və metodlar araşdırılmış və müqayisəli təhlilləri aparılmışdır.

Tədqiqat çərçivəsində ayrı-ayrı dillər üzrə təklif edilmiş transliterasiya üsullarının üstün cəhətləri və çatışmazlıqları da təqdim olunmuşdur. Təklif edilmiş transliterasiya metodlarının dəqiqlik dərəcəsi göstərilmiş və transliterasiya edilmiş sözlərlə izah edilmişdir. Qeyd edilmişdir ki, bir dil üçün təklif edilmiş transliterasiya metodları digər dillər üçün əhəmiyyətli olmaya bilər. Bundan başqa, fərqli qrafika və fonetikaya malik olan dillərin birtərəfli və geriyə transliterasiyası sahəsində yalnız bir metodun tətbiq edilməsi kifayət etməyə bilər. Bu səbəbdən də müxtəlif transliterasiya üsullarının birləşdirilməsi məqsədəuyğundur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı