“Journal Citation Indicator” “Web of Science” bazasının yeni qiymətləndirmə indeksidir Oktyabr 15, 2021 | 01:39 / Konfranslar, iclaslar

1976-ci ildən Jounal Citation Reports-da (JCR) ilk jurnalın nəşr olunmasından etibarən istinad olunan məqalələrin və istinadların analizi məsələsi aktual olmuşdur. JCR həm kitabxanaların dəstəklənməsi, həm də məqalə müəlliflərinin qiymətləndirilməsi üçün obyektiv ölçü vasitəsidir. Journal Impact Factor (JIF) isə elmi jurnalın istinad olunma təsirinin standart ölçüsüdür.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn şöbə seminarında “Jurnalların istinad göstəricisi” (“Journal Citation Indicator”) mövzusunda məruzə dinlənildi.

İnstitutun dissertantı, böyük elmi işçi Nərmin Adıgözəlova mövzuya dair çıxışında öncə jurnalların “Web of Science” Core Collection-a daxil olması üçün qoyulan tələbləri diqqətə çatdırdı. Qeyd etdi ki, Core Collection-a daxil olmaq üçün beynəlxalq nəşriyyat standartlarına cavab vermək, redaksiya heyəti və müəlliflərin beynəlxalq tərkibi, jurnalın məzmunu, istinad analizi və s. nəzərə alınır.

WoS Core Collection-a jurnalların seçilməsinin həm keyfiyyət, həm də təsir meyarlarına əsaslandığını söyləyən tədqiqatçı, keyfiyyət göstəricilərinə cavab verən  jurnalların Emerging Sources Citation Index™-ə (ESCI) daxil olduğunu diqqətə çatdırdı.

N.Adıgözəlova qeyd etdi ki, əlavə təsir meyarlarına cavab verən jurnallar tədqiqat sahəsindən asılı olaraq Science Citation Index Expanded ™ (SCIE), Social Science Citation Index ™ (SSCI) və ya Arts & Humanities Citation Index (AHCI) daxildirlər:

Məlumdur ki, “Web of Science” bazasına daxil olan jurnalların qiymətləndirilməsi üçün impakt faktordan istifadə olunur. Lakin 2021-ci ildən “Web of Science” Core Collection-da jurnalların qiymətləndirilməsi üçün yeni “Journal Citation Indicator” göstəricisi daxil edilmişdir”.

Tədqiqatçı elmi seminarda jurnallarda istinad göstəricilərinin hesablanma qaydaları haqqında da məlumat verdi.

Sonda seminar iştirakçılarının sualları cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı