Gülarə Abas qızı Məmmədova 10 yanvar 1954-ci ildə Bakıda anadan olmuşdur.
1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini bitirmişdir.
1976-cı ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun nəznində Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə baş laborant vəzifəsinə qəbul olunmuşdur. 1977-1980-cı illərdə mühəndis, 1980-1987-ci illərdə baş mühəndis, 1988-1990-cı illərdə aparıcı mühəndis vəzifələrində işləmişdir.
1977-1989-cu illərdə RAİS-Azərbaycan dövlət proqramı çərçivəsində respublikanın bir sıra nazirliklər və sənaye müəssisələrində müxtəlif təyinatlı avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanması məsələləri ilə məşğul olmuşdur.
İnformasiya Texnologiyaları İnstitutunda elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmışdır.
Hazırda şöbənin baş mütəxəssisi vəzifəsində işləyir.
İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.
Elmi əsərlərinin ümumi sayı 40, konfrans materiallarının sayı 30-dan coxdur.
Elmi əsərləri haqqında məlumat
Xidməti tel.: | (994 12) 539 72 13 |
Elektron poçtu: |