Tel. | (+994 12) 510 42 74 |
Elektron poçtu | mtm@iit.science.az |
Struktur bölmənin rəhbəri | Anar Fərzulla oğlu Səmidov |
Əsas fəaliyyət istiqamətləri | - Coğrafi informasiya sistemləri (GİS) tətbiq sahələri və inkişaf perspektivləri;
- İntellektual informasiya texnologiyalarının tətbiqi ilə İnternet mühitdə reklam-marketinq fəaliiətinin səmərəliliyinin yüksəldilməsi problemləri;
- Süni İntellektə əsaslanan jurnalistikada problem və perspektivlər;
- 3D qrafikasının analizi və kompüter modelləşdirilməsi problemləri.
|
Əsas elmi nəticələri | - Fraktal qrafikanın elementləri və onların müasir arxitektura və inşaatda istifadəsi araşdırılmışdır;
- Fraktal həndəsənin kompüter dizaynında tətbiqi və perspektivləri araşdırılmışdır;
- Marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlər işlənmişdir;
- İnternet-reklamın tərkib hissələri analiz olunmuş, effektivliyinin yüksəldilməsi üçün intellektual analiz metodları təklif olunmuşdur;
- 3D texnologiyalarının müasir vəziyyəti və inkişaf perspektivləri araşdırılmışdır;
- 3D çap texnologiyaları və onların yaratdığı təhlükələrə qarşı mübarizə metodları araşdırılmışdır;
- 3D Qrafik Redaktorların Müqayisəli Təhlili analiz edilmişdir;
- E-tibbdə 3D Texnologiyaları tətbiqi sahələri araşdırılmışdır;
- 3D qrafikası, virtual reallıq, 3D foto, 3D biznes-reklam, 3D printer və s. texnologiyaları araşdırılmışdır.
|