Tel. 

 (+994 12) 537 18 97, (+994 12) 537 18 96

Faks

 (+994 12) 539 61 21

Elektron poçtu

 depart_12@iit.science.az 

Struktur bölmənin rəhbəri

Texnika üzrə fəlsəfə doktoru Gülnarə Çingiz qızı Nəbibəyova 

Əsas fəaliyyət istiqamətləri

  • Terminoloji informatikanın formalaşması problemləri;
  • Sosial medianın formalaşması problemləri;
  • Virtual məkanda Azərbaycan dili problemləri;
  • Çoxölçülü verilənlərin operativ analizi (OLAP) texnologiyalarının nəzəri əsasları.

 

Əsas elmi nəticələri

  • Xarici siyasət sahəsində qərarların qəbulunu dəstəkləyən sistemin konseptual modeli işlənilmişdir;
  • Xarici siyasət sahəsində qərarların qəbulunu dəstəkləyən sistemlərdə verilənlər anbarının konsepsiyası işlənilmişdir;
  • Qeyri-səlis polikubik OLAP-modeli işlənilmişdir;
  • Qərarların qəbulunu dəstəkləyən sistemlərdə verilənlər anbarı atributlarının fazzifikasiyası metodları təklif olunmuşdur;
  • Xarici siyasət sahəsində qərarların qəbulunu dəstəkləyən sistemlərdə ölkələrarası inteqrasiya dərəcəsinin ölçülməsi metodu təklif olunmuşdur;
  • Terminoloji informatika sahəsində aparılan tədqiqatlar araşdırılmış və onların müqayisəli təhlili aparılmışdır;
  • Azərbaycanda terminologiya fəaliyyətinə İKT-nin tətbiqinin zəruriliyi əsaslandırılmışdır;
  • Milli terminoloji informasiya sisteminin konseptual modeli işlənmişdir;
  • Transliterasiya sahəsində aparılan tədqiqatlar araşdırılaraq müqayisəli təhlil olunmuş, bu sahədə əsas inkişaf istiqamətləri müəyyənləşdirilmişdir;
  • Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə transliterasiya problemləri araşdırılmış, milli transliyerasiya sisteminin yaradılmasının zəruriliyi əsaslandırılmışdır;
  • Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə transliterasiyası üçün modellər tətbiq edilmişdir.
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı