Tel. | (+994 12) 510 43 99 |
Faks | (+994 12) 539 61 21 |
Elektron poçtu | depart_9@iit.science.az |
Struktur bölmənin rəhbəri | AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru R.M. Alıquliyev |
Əsas fəaliyyət istiqamətləri | - Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri;
- Elmmetriyanın formalaşması və inkişafı problemləri;
- Sosial şəbəkələrin aşkarlanması, analizi və idarə olunması problemləri;
- Superkompüter texnologiyalarının çoxaspektli problemləri;
- Süni intellekt və sosioinformasiya texnologiyaları problemləri.
|
Əsas elmi nəticələri | - Mətnlərin avtomatik referatlaşdırılması problemi xətti və qeyr-xətti tam qiymətli riyazi proqramlaşdırma məsəslələrinə gətirilmiş və bu məsələlərin həlli üçün neyron alqoritm, adaptiv və öz-özünə adaptiv diferensial evolyusiya və sürü intellektinə əsaslanan (PSO - Particle Swarm Optimization) alqoritmlər təklif edilmişdir;
- Mətnlərin avtomatik referatlaşdırılması üçün p-median metodunun yeni variantı və özü-özünə adaptiv differensial evolyusiya alqoritmi təklif edilmişdir;
- Referatların avtomatik qiymətləndirilməsi üçün metod təklif edilmişdir;
- Mətn tipli sənədlər çoxluğunun məzmuna görə qruplaşdırılması üçün bir sıra klasterləşdirmə metodları və alqoritmləri təklif edilmişdir;
- Mətnlərin semantik yaxınlığını müəyyən etmək üçün yeni ölçü təklif edilmişdir;
- Mətnlərin klasterləşdirilməsində klasterlərin optimal sayının tapılması üçün düstur təklif edilmişdir;
- K-means metodunun yeni çəkili variantları təklif edilmişdir;
- Spamların filtrasiyası üçün yeni klasterləşdirmə metodu təklif edilmişdir;
- Viki mühitdə multimedia resurslarının ictimai rəyə təsirini artırmaq məqsədilə media-faylların viki-səhifələrə optimal yerləşdirilməsi üçün məhdudiyyətlərlə idarə olunan klasterləşdirmə metodu və adaptiv PSO alqoritmi təklif edilmişdir;
- Tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni hm və çəkili konsensus indeksləri təklif edilmişdir;
- Veb mühitdə elmi təşkilatların və tədqiqatçıların sosial şəbəkələrinin aşkarlanması və analizi üçün model və alqoritmlər təklif edilmişdir;
- Sosial şəbəkələrdə qrupların (sosial) aşkarlanması üçün model və alqoritm təklif edilmişdir;
- Diskret optimallaşdırma məsələlərinin həlli üçün evolyusiya və sürü intellektinə əsaslanan alqoritmlərin yeni variantları işlənmişdir;
- İnternet-informasiya axtarış sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün PageRank alqoritminin ümumiləşmiş variantı təklif edilmişdir;
- Veb-səhifələrin ranqının hesablanması üçün optimallaşma modeli və qarışqa alqoritmi təklif edilmişdir;
- Qeyri-bircins kompüter şəbəkəsində qeyri-bircins məsələlərin optimal paylanması üçün riyazi model təklif edilmiş və onun neyron şəbəkədə həll alqoritmi işlənmişdir;
- Qeyri-bircins kompüter şəbəkəsində qeyri-bircins məsələlərin optimal paylanması üçün genetik alqoritm işlənmişdir;
- Korteveqa - de Friz - Bürgers tənliyi üçün qarışıq məsələnin neyron şəbəkədə həll alqoritmi təklif edilmişdir;
- Model xətti proqramlaşdırma məsələsinin neyron şəbəkədə həlli üçün yeni alqoritm təklif edilmişdir;
- CDN şəbəkələrdə veb-serverlərin və kontentlərin optimal yerləşdirilməsi üçün riyazi model təklif edilmiş və onun həlli üçün neyron şəbəkənin sintezi alqoritmi təklif edilmişdir;
- CDN serverlərin qlobal şəbəkə qovşaqlarında optimal yerləşdirilməsi üçün riyazi model təklif edilmiş və onun həlli üçün genetik alqoritm işlənmişdir;
- CDN şəbəkələrdə sorğuların optimal paylanması üçün riyazi model təklif edilmişdir;
- Loq-fayllar əsasında veb-istifadəçilərin aktivliyinin öyrənilməsi və maraq dairəsinin avtomatik identifikasiyası üçün modellər və alqoritmlər təklif etmişdir;
- Alternativlərin çoxmeyarlı qiymətləndirilməsi üçün VİKOR metodunun yeni variantı təklif edilmişdir.
|