Tel.    

(+994 12) 538 05 89

Elektron poçtu

depart_4@iit.science.az 

Struktur bölmənin rəhbəri

Texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Sayıl oğlu Ağayev

Əsas fəaliyyət istiqamətləri

  •  Audioinformasiya texnologiyaları problemləri;
  • Ekoloji mühəndislik və həyat fəaliyyətinin təhlükəsizliyi problemləri;
  • Coğrafi informasiya texnologiyaları problemləri;
  • Elektron tullantıların elmi və sosial-iqtisadi problemləri;
  • Akustik küy çirklənməsi problemləri.

Əsas elmi nəticələri

  • Metro nəqliyyatında sərnişin avtomatikası qurğularının idarəetmə sistemlərinin arxitektur-texnoloji yaradılma prinsipləri işlənmiş  və  avtomatik nəzarət-buraxılış məntəqələri kompleksi hazırlanıb Bakı Metropolitenində tətbiq olunmuşdur;
  • Paylanmış iyerarxik dispetçer idarəetmə sistemlərində audioxidmət vasitələrinin analizi və sintezi istiqamətləri üzrə aparılmış tədqiqat işlərinin nəticələri əsasında dispetçer danışıqlarının qeydiyyatı və uçotu sistemi işlənmiş (“Xəbərçi-1” və “Xəbərçi-1M”) və Bakı Metropolitenində tətbiq edilmişdir;
  • Audio-mining texnologiyaları bazasında böyük həcmli audiobaza verilənlərinin intellektual emalı üçün metod və alqoritmlərin işlənmiş,  Call-center operatorları danışıqlarının və idarəetmə əməliyyatlarının qeydiyyatı və intellektual emalı sistemi (“Arbitr-107”) yaradılmış və “AzTelekom” İstehsalat Birliyində tətbiq edilmişdir;
  • ARDNŞ-in dispetçer idarəetmə sisteminin təkmilləşdirilməsi konsepsiyası çərçivəsində sistemin müasir lokal və şəbəkə səsyazma, arxivləşdirmə sistemləri ilə inteqrasiyası məsələləri tədqiq edilmiş, dispetçer danışıqlarının uçotu və qeydiyyatı sistemi  layihələndirilmiş, xüsusiləşdirilmiş korporativ səsyazma şəbəkə sisteminin yaradılma prinsipləri işlənmişdir;
  • Nitq tranzaksiyalarının emalı metod və alqoritmlərinin işlənməsi istiqaməti üzrə telekommunikasıya kanallarından qəbul edilən səs (nitq) siqnallarının anlaşıqlıq və təbiilik meyarlarına görə keyfiyyətin qiymətləndirilməsi və artırılması üçün metod və alqoritmlər işlənmiş və tətbiq edilmişdir;
  • Coğrafi informasiya texnologiyalarının tətbiqi ilə teleradioyayım prosesinin real zamanda monitorinqi məsələləri tədqiq edilmiş, ərazinin rəqəmsal modeli və xəritələri əsasında teleradioyayım prosesinin monitorinqi sistemlərinin yaradılması prinsipləri və konseptual modeli işlənmişdir;
  • Azərbaycanda elektron tullantıların idarə edilməsi sistemlərinin yaradılması istiqamətində (qanunvericilik, texniki-texnoloji, iqtisadi-sosial, ekoloji və s. aspektləri) dünya təcrübəsinin öyrənilməsi,respublikada bu sahədə vəziyyətin monitorinqinin aparılması və idarəetmə sisteminin yaradılması məqsədilə təkliflərin işlənməsi üzrə tədqiqat işləri aparılır;
  • Hal-hazırda aşağıdakı elmi-texniki problemlər üzrə tədqiqat işləri aparır:
  • Azərbaycanda elektron tullantıların idarə edilməsinin prinsip və konseptual əsaslarının işlənməsi;
  • Əşyaların İnterneti texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi.
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı