Tel.

(+994 12) 510 42 53

Elektron poçtu

depart_2@iit.science.az 

Struktur bölmənin rəhbəri

Akademik, texnika elmləri doktoru, professor Rasim Məhəmməd oğlu Əliquliyev

Əsas tədqiqat istiqamətləri

  • İnformasiya təhlükəsizliyi problemləri;
  • Sosial şəbəkələrin analizi və təhlükəsizliyi problemləri;
  • Zərərli proqram təminatının aşkarlanması problemləri;
  • Industry 4.0 platformasında kiberfiziki sistemlərin analizi və sintezi problemləri;
  • Bulud sistemlərinin analizi və sintezi problemləri;
  • Kiberfiziki sistemlərin kompleks təhlükəsizliyi problemləri;
  • Süni intellektə əsaslanan texnologiyaların təhlükəsizliyi problemləri;
  • Rəqəmsal əkizlər texnologiyalarının təhlükəsizliyi problemləri;
  • Kiberdayanıqlıq problemləri;
  • Süni imun sistemlərinin problemləri;
  • Proses analitikası (Process Mining) problemləri.

 

Əsas elmi nəticələri

  • İnformasiya təhlükəsizliyini təmin edən adaptiv sistemlərin elmi-metodoloji əsasları, dəyişən strukturlu xüsusi virtual şəbəkələrin (XVŞ) qurulmasının nəzəri əsasları, XVŞ-də istifadəçilərin paylanmış autentifikasiya sistemlərinin sintez metodları işlənmişdir;
  • Korporativ şəbəkələrdə müxtəlif təbiətli təhlükələrə qarşı mübarizədə qərarların qəbul edilməsinin riyazi modelləri təklif olunmuşdur;
  • Kompüter şəbəkələrində müdaxilələrin adaptiv aşkarlanması sistemlərinin yaradılmasının yeni arxitektur əsasları təklif olunmuşdur;
  • Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün metodlar və alqoritmlər işlənmişdir;
  • Qarşılıqlı əlaqəli korporativ informasiya fəzalarında ekranlaşdırma modelləri işlənmişdir;
  • Korporativ şəbəkələrin layihələndirilməsi mərhələsində informasiya təhlükəsizliyinin qiymətləndirilməsi üçün metodlar və alqoritmlər işlənmişdir;
  • Milli informasiya infrastrukturunun əhali və miqrasiya seqmentində toplanan fərdi məlumatlar arasında münasibətlərin sosial şəbəkələrlə modelləşdirilməsi üsulları təklif edilmişdir;
  • İnformasiya sahəsində milli maraqlara strateji risklərin konsensus ranqlaşdırılması metodu işlənmiş, qarşılıqlı asılı kritik informasiya infrastrukturlarında risklərin qiymətləndirilməsi metodu və milli İnternet infrastrukturunun dayanıqlığının qiymətləndirilməsi modelləri təklif edilmişdir;
  • Biometrik şablonların mühafizəsi və saxta biometrik nümunələrin aşkarlanması metodları, biometrik verilənlərdən  kriptoqrafik açarların generasiyası metodları və multi-biometrik sistemlərdə informasiyanın optimal aqreqasiyası modelləri işlənmişdir;
  • E-dövlətin informasiya təhlükəsizliyinin  strateji idarə edilməsi üçün qeyri-səlis koqnitiv model, kibermüdafiə taktikasının seçilməsi üçün hiperoyun modeli və operativ idarəetmə üçün situativ idarəetmə modeli təklif edilmişdir;
  • Kompüter şəbəkələrinin intellektual monitorinqi sisteminin sintezi üçün metod və modellər təklif edilmişdir;
  • Bulud xidməti provayderlərinə istifadəçi inamının qiymətləndirilməsi və bulud infrastrukturuna yönələn hücumların aşkarlanması üçün metodlar və alqoritmlər işlənmişdir;
  • Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sistemi üçün şəbəkə trafikinin klassifikasiyası və klasterizasiyası metodları təklif edilmişdir;
  • Şəxsin səsə görə tanınması sistemlərinin sintezi üçün robast əlamətlərin çıxarılması və klassifikasiya məlumatlarının optimal aqreqasiyası metodları təklif edilmişdir;
  • Kiber-fiziki sistemlərdə kiberhücumların modelləşdirilməsi və nəticələrinin qiymətləndirilməsi üçün hücum ağacı modeli təklif edilmişdir.
  • Böyük həcmli verilənlərin real zamanda paralel emalı üçün klasterləşdirilmə alqoritm təklif edilmişdir.
  • Audio verilənlərin spektral analizi əsasında dronların aşkarlanması üçün metod təklif edilmişdir.
  • Bitkilərin yarpaqlarının xəstəliklərinin erkən diaqnostikası üçün dərin təlim alqoritmi işlənmişdir.
  • Loq faylların analizi əsasında istifadəçilərin İnternet asılılığının müəyyən edilməsi üçün maşın təlimi yanaşması təklif edilmişdir.
  • Bulud mühitində hədəfyönümlü hücumların (Advanced Persistent Threats, APT) aşkarlanması üçün avtoenkoder və softmax reqressiya alqoritmləri əsasında klassifikasiya metodu təklif edilmişdir.
  • Kompüter şəbəkələrinin proaktiv monitorinqi üçün bircins LSTM (Long Short-Term Memory) ansamblı əsasında metod təklif edilmişdir.
  • Tətbiqi səviyyədə DDoS hücumların aşkarlanması üçün CNN (Convolutional Neural Network) modeli əsasında avtomatik diaqnostika sistemi təklif edilmişdir.
  • N-gram+TFIDF (TF  term frequency, IDF  inverse document frequency) sxemindən istifadə etməklə İnternet trafikində vulqarizmlərin aşkarlanması üçün maşın təliminə əsaslanan metod təklif edilmişdir.
  • Pilotsuz uçuş aparatlarına GPS spoofing hücumlarının aşkarlanması üçün CNN modelinə əsaslanan metod təklif edilmişdir.
  • Akustik siqnallardan alınmış spektroqram və skaloqramların istifadəsi ilə kiberfiziki sistemlərdə anomaliyaların aşkarlanması üçün transfer təlimi arxitekturu əsasında metod təklif edilmişdir.
  • Kiberfiziki sistemlərə hücumların aşkarlanması üçün dərin təlimin model təklif edilmişdir.
  • Bulud hesablamalarının servis modellərinə olan kiberhücumların aşkarlanması üçün maşın təlimi üsulu işlənilmişdir.
  • LSTM və CNN modellərinə əsasən, qısa müddətli Furye və veyvlet çevrilmələrindən istifadə edərək, neft avadanlıqlarında nasazlıqların aşkarlanması üçün hibrid dərin təlim modeli təklif edilmişdir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı