sa sa sa

Müasir dövrdə beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlığın doğurduğu yeni təhdidlər, habelə silah və narkotiklərin qanunsuz dövriyyəsinin, qeyri-qanuni miqrasiyanın artması qabaqlayıcı, adekvat tədbirlərin görülməsini və bu sahədə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsini zəruri edir.

Bu təhlükəli təzahürlərin aşkar edilməsi və qarşısının alınmasının səmərəli üsullarından biri də hüquq mühafizə orqanları və digər səlahiyyətli dövlət orqanlarının iş təcrübəsində dövlət sərhədlərindən keçən şəxslərin etibarlı yoxlanılmasını təmin edəcək müasir informasiya texnologiyalarının tətbiqidir.

Ənənəvi eyniləşdirmə üsulları ilə müqayisədə daha səmərəli olan biometrik eyniləşdirmə sistemi artıq dünyanın bir sıra dövlətləri tərəfindən qəbul edilmişdir, digərləri isə yaxın zamanlarda bu sistemi tətbiq etməyə hazırlaşır. Biometrik eyniləşdirmə sistemin təsis edilməsi özündə beynəlxalq standartlara cavab verən əhali haqqında vahid məlumat bazasının formalaşdırılmasını, biometrik pasportların, eyni zamanda şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasını təmin edən milli və beynəlxalq standartların hazırlanması üçün zəruri şəraitin yaradılmasını ehtiva edir.

Biometrik eyniləşdirmə sisteminin məqsədi yeni nəsil pasportlarından istifadə etməklə milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və digər dövlətlərlə qarşılıqlı əsasda Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə getməsi və əcnəbilərin Azərbaycan Respublikasına gəlməsinin təmin edilməsidir.

Müasir təhlükəsizlik standartlarının harmonizasiyası ilə bağlı beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılmasının normativ-hüquqi, təşkilati, proqram-texniki, maliyyə-iqtisadi əsaslarının formalaşdırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri:
Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri
Komissiyanın üzvləri:
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Əvəz Ələkbərov - Azərbaycan Respublikasının maliyyə naziri
Eldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

2. Dövlət Komissiyasına tapşırılsın ki:

2.1. altı ay müddətində Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Proqramını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2006-cı il
27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Услуги
Начинайте свою трудовую деятельность с нами!
Читать дальше
Доверьтесь нашим креативным и своеобразным идеям!
Читать дальше
Печатные издания в высоком цветном качестве и за доступную цену!
Читать дальше
Развивайте свою карьеру, повышая знания в сфере ИТ!
Читать дальше
Разнообразные услуги электронной библиотеки!
Читать дальше
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
Научные журналы
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti